Zakir Həsənov Londonda BMT-nin tədbirində iştirak edir

Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilir.
Görüşdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edir.
Tədbir Böyük Britaniyanın müdafiə naziri Michael Fallonun təşəbbüsü ilə keçirilir. Bu görüş ötən ilin sentyabrında BMT-nin baş katibi Pan Gi Moon və ABŞ prezidenti Barack Obama tərəfindən 50-ə yaxın ölkə başçısı ilə dünyada sülhməramlılığın qorunmasına dair keçirilən görüşün davamı və bu sahədə görülən qlobal işlərin daha da sürətləndirilməsi xarakteri daşıyır.
Görüşdə 80-ə yaxın ölkənin müdafiə naziri iştirak edir.