Şotlandiyada müstəqilliklə əlaqədar təkrar referendum keçiriləcək

Böyük Britaiya liderlərinin Avropa İttifaqından çıxmaq (Brexit) prosedurunu davam etdirdiyi təqdirdə, Şotlandiyanın müstəqilliyi ilə əlaqədar təkrar referendum keçirəcək.
Bunu ölkənin birinci naziri Nikola Sturgeon Şotlandiya Milli Partiyasının qapalı qurultayında bildirib.
N. Sturgeon Şotlandiyanın Avropa İttifaqında saxlanılması üçün tədbirlərin görüləcəyini vəd edib. Birinci nazir qeyd edib ki, Böyük Britaniya hökumətinin Şotlandiya iqtisadiyyatına zərbə vurduğu halda, ölkə sakinləri “yaxşı gələcək” seçmək üçün yeni bir imkan əldə edəcəklər. N. Stercen deyib ki, Şotlandiyanın gələcəkdə də Avropa İttifaqının daxili bazarına çıxışı olmalıdır:
“Mən heç vaxt şübhə etməmişəm ki, Şotlandiya nə zamansa müstəqil olacaq. İndi isə mən buna daha çox inanıram”.
Qeyd edək ki, bu il iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda əhalinin 52 faizi ölkənin Avropa İttifaqından çıxmasının lehinə səs verib. Şotlandiyada isə əhalinin 62 faizi Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmasını dəstəkləyib.