3,5 adam – Rəşad Babalı

Rəşad Babalı
Hökumət yeni gömrük qaydaları müəyyənləşdirib. Bəzi idxal məhsullarının yeni tarifini müəyyən edib. Mütəxəssislər bununla qiymətlərin daha da artacağını bildirirlər. Bəziləri isə yeni tariflərin daxili istehsalı stimullaşdıracağını deyirlər. Bunu mübahisələndirmək fikrim yoxdu. Dərdim başqadı.
İdxal məhsullarına qoyulan rüsumun ağırlığından artıq hamı dad edir. Mahiyyətinə varan da, varmayan da. Varmayan çoxluğun və mütəxəssislərin səhv etməyəcəyi düşüncəsinə gəliblər. Çox gözəl. Tepki hər zaman lazımdı. Amma dad edən, sözünü deyən elə ancaq 3-5 nəfər olacaq. Bu 3-5 nəfər harda lazım olsa sözlərini də deyə biləsi adamlardı. Yəni məhrəm kruqda dediklərini ictimiayyət arasında ifadə etməkdən çəkinməzlər. Lakin yenə də böyük çoxluq ancaq donquldanmaqla məşğul olacaq. Tez-tez Azadlıq Radiosunun, Meydan.tv-nin və digərlərinin şəhərdə apardıqları sorğuları paylaşım insanların necə də sabun olduqlarını əsəbiliklər deyirik. Həmin adamlar dalda başqa cür danışırlar. Mikrafon qarşısında dediklərini rahat danırlar.
Ağızlarına uzadılan hər mikrafonu Aztv mikrafonu ayan obıvatel bölüşmədiyi yalanı deməklə bəladan qurtulacağını sanır. O hesab edir ki. Yalanı zərərsizdi. Onsuz da ekranın qarşısındakılar da yalan danışdığını və niyə danışdığını gözəl bilirlər. Əşşi neyləməlidiyeeee, deyənlərin odeeeeey hamısı içəridədi məntiqi hələ ki hakimdi.
Tutaq ki, bu məntiqi anlayışla qarşıladıq. Lakin yenə də heçnəyi dəyişmir axı. Yəni həll edici deyil. İnsanlarımız anlamırlar ki, etiraz edə bilmək risk daşısa da gələcəkdə onu gözləyən daha böyük risklərdən özünü qoruyur. Onun həyatına məsul olan məmurlar aldıqları qərarlarda özlərini məsuliyyətli saymasalar həyatları daha da ağırlaşacaq. Necəki ağırlaşır. Kimlərsə (elə o 3-5 nəfər) gəlib sizin yerinizə haqqı tələb etməyəcək. Zatən o güc onlarda yoxdu. İstəsələr belə edə bilməyəcəklər. Gücləri çatmaz.
Qayıdaq məcburi yalana. Enerjinin itməməsi qanununa əsaslansaq dediyimiz sözlərin belə təsiri var. Ola bilsin dilin dediyi ilə ürək razı olmasın. Lakin o yalanlar neçə neçə adamın düşüncəsini formalaşdırıb. İnsanların böyük əksəriyyəti çoxluq nə deyirsə o cür düşünür. Çoxluğun dediyi yalanlar başqalarını da o yalanlara qatır, inandırır, həyatlarını şəkilləndirir. Bundan əlavə dəyişiklik arzusunda olan, müqavimət göstərmək istəyən azlığın da əzmini qırır. Bunların fərqidəsinizmi?
Tepki, müqavimət, etiraz dedikdə hakimiyyəti zorla devirməyi nəzərdə tutmuram. Halbuki beynəlxalq hüquq xalqına yadlaşmış hakimiyyətlərin devrilməsini haqqlı sayır. Onsuz da bizim toplumumuzda bu potensial yoxdu. Üstəgəl istək. Nəzərdə tutduğum isə odur ki, bizi idarə edənlərin qərarlarına təsir edək. Məcbur edək ki, az oğurlasınlar, məhkəmələr ədalətli olsun, sosial siyasətin adı yox özü olsun, qol gücünə yox, beyin gücünə önəm verilsin. İdarəçilər daima toplumun nəzərlərini “Domokl qılıncı” kimi başlarının üstündə hiss etsinlər. Əgər onlara bu duyğunu yaşatmayacayıqsa vəziyyət bundan da pis olacaq. 3-5 nəfər isə sabah 0 ola bilər.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

 

MƏNBƏAbzas.net
Əvvəlki məqalə“Pegasus” Azərbaycana uçuşları dayandırıb
Növbəti məqalədəRövşən Ağayev: “Gürcüstan hökumətinin qatarı sürətlə irəli, bizimki isə geriyə gedir”