7 il davam edən müzakirələrin ardından razılaşma əldə olunub

Avropa Birliyi ilə Kanada arasında reallaşan ticarət razılaşması 7 il davam edən müzakirələrin ardından imzalanır.
Avropa Birliyi Şurası, AB və Kanada arasında Əhatəli İqtisadi və Ticarət müqaviləsinin (CETA) imzalanacağı AB-Kanada zirvəsinin bazar günü reallaşacağını açıqlayıb.
Zirvəyə AB Şura sədri Donald Tusk, Kanada Baş naziri Justin Trudeau və AB Komissiyası Başçısı Jean-Claude Juncker qatılacaq.
Xatırladaq ki, AB ilə Kanada arasında imzalanması planlaşdırılan ticarət razılaşmasına Valonyanın təsdiq verməməsi səbəbiylə Belçika Federal Hökuməti imzalamaq səlahiyyəti ala bilməmişdi. Bu səbəblə, AB ilə Kanadanın təxminən 7 il ərzində müzakirə etdiyi sərbəst ticarət razılaşmasının imzalanmasının planlaşdırıldığı AB-Kanada sammiti ləğv edilmişdi.
Ötən günlərdə Belçikadakı müxtəlif regional rəhbərliklər, AB-nin Kanada ilə əldə etdiyi ticarət razılaşmasına təsdiq verilməsi mövzusunda razılığa varıb.
Qeyd edək ki, AB sərbəst ticarət müqavilələrinin qüvvəyə minməsi üçün 28 ölkənin razılığı lazımdır. Belçika Federal Hökumətinin müqaviləni rəsmi olaraq imzalaya bilməsi üçün ölkədə olan Valon, Flaman, Brüssel paytaxt bölgələrindən və alman, fransız birliklərindən səlahiyyət alması lazımdır.
CETA qüvvəyə mindiyində, AB ilə Kanada arasındakı gömrük vergilərinin 98 faizinin aradan qaldırılması gözlənilir.