ABŞ İsrailin yeni məskunlaşma planını qınayıb

ABŞ İsrailin Qərb Sahilində yeni məskunlaşma planını “şiddətlə qınayır”.
Ağ Ev və Dövlət Departamentindən mövzu ilə bağlı verilən şərhdə bildirilir ki, 300-ə qədər yeni evin və sənaye zonasının tikilməsi İsrail-Fələstin münaqişəsinin həlli perespektivini azaldır.
İsrail hökümətinin iddiasına görə, planda 100-dən az ev təsdiqini tapıb.
İsrail Xarici İşlər Nazirliyi bildirib ki, yeni evlər mövcud yaşayış ərazisində tikiləcək.
Qeyd edək ki, İsrailin 1967-ci ildə Qərb Sahili və Şərqi Qüdsün işğalından sonra salınmış 100-dən çox yaşayış məntəqəsində təxminən 570 000 israilli yaşayır.
Beynəlxalq qanunlara görə bu yaşayış məntəqələri qanunsuzdur, lakin İsrail bu fikirlə razı deyil.
“İsrail hökuməti bu məskunlaşma bəyanatı ilə sülh prosesini pozur”, Ağ Ev sözçüsü Josh Earnest bildirib.
Lakin İsrail Xarici İşlər Nazirliyi bildirib ki, yeni tikililər “yeni yaşayış məntəqəsini” təşkil etmir.
Fələstinlilər Qərb Sahili və Qəzzada paytaxtı Qüds olan müstəqil dövlət qurmaq istəyirlər və salınmış yaşayış məntəqələrinin buna imkan vermədiyini bildirirlər.