ABŞ Rusiyanı növbəti sanksiyalarla hədələyib

Rusiya növbəti dəfə sanksiya dalğası ilə üzləşə bilər.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Rusiya ilə Suriya diplomatiyası barədə açıqlamalar verib.
Toner bildirib ki, rəsmi Moskva Suriya ilə bağlı atdığı addımlar səbəbindən növbəti sanksiyalar dalğası ilə üzləşə bilər:

“Biz sanksiyalar məsələsini də təhlil edirik, çünki bu, Rusiyaya qarşı düşünülmüş bir neçə variantdan biridir”.

Bu addımın atılmasının mümkün ola biləcəyini qeyd edən Dövlət Departamentinin sözçüsü, onun fikirlərinin bəyanat olmadığını deyib.
Mark Toner, Washington və Moskva arasındakı Suriya diplomatiyasının hələ də ‘xəstə yatağında’ olduğunu ifadə edərək sözlərini belə yekunlaşdırıb:
“Biz Rusiya ilə ikili əlaqələrin məhvini istəmirik. Bu səbəbdən diqqətli olmalıdırlar”.