Asiya İnkişaf Bankı Azərbaycana 1 mln. dollarlıq yardım ayırıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda “Dəmir yolunun inkişafı Proqramı”nın icrası üçün ayırdığı 1 mln. ABŞ dolları həcmində texniki dəstəklə bağlı xüsusi maliyyələşməni təsdiqləyib. 
Bankdan verilən məlumata əsasən, vəsait “Azərbaycan Dəmir Yolları” QSC-də korporativ və institusional islahatların aparılması və qurumun maliyyə restrukturizasiyası, həmçinin Şimal-Cənub dəmir yolu dəhlizi boyunca dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi üçün ayrılır.
Həmçinin, bu maliyyələşmə kompüterləşdirilmiş yük əməliyyat və yüklərin izlənməsi sisteminin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını da əhatə edəcək.