Baş redaktor sərbəst buraxılıb

Şirin Cəfəri sərbəst buraxılıb.
Bu barədə baş redaktor özü məlumat verib.
Şirin Cəfəri bildirib ki, onun həbs olunma səbəbi Ukraynadakı azərbaycanlılarla bağlı qəzetdə dərc edilən materialdır.
Baş redaktorun sözlərinə görə, o bir sıra suallara cavab verib, amma heç bir təzyiqə məruz qalmayıb: “Saxlanılmağımın nazir müavini Vilayət Eyvazov haqda yazılan materialla əlaqəsi yoxdur”.
Xatırladaq ki, bu gün səhər saatlarında “Gündəm – xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəri yaşadığı mənzildə DİN Mütəşəkkil Cinayətlarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdi.

gundem