BMT-nin yeni baş katibinin adı məlum olub

BMT Təhlükəsizlik Şurasının üzvləri daha əvvəl BMT-nin Qaçqınlar İşi üzrə Ali Komissarlığında çalışan Portuqaliyanın sabiq baş naziri Antonio Guterresin qurumun yeni baş katibi seçilməsi mövzusunda razılıq əldə edib.
Portuqaliyanın sabiq baş nazirlərindən Antonio Guterres; 1995-2002-ci illər arasında Portuqaliya baş naziri, 1999-2005-ci illərdə “Sosialist İnternasional”ın sədri, 2005-2015-ci illərdə isə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar İşi üzrə Ali Komissarlığında vəzifə sahibi olub.
Qeyd edək ki, sabah baş tutacaq seçkidə Guterres BMT baş katibi postuna əsas namizəddir.
Yeni baş katib 1 Yanvar 2017-ci il tarixindən etibarən işinə başlayacaq.