Bu il Gürcüstana 1.7 mln Azərbaycan vətəndaşı səfər edib

Gürcüstan, Batumi
Bu ilin 9 ayında Gürcüstana 1,7 milyon nəfər Azərbaycan vətəndaşı səfər edib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana gələn xaricilər arasında birinci yerdədir.
Məlumata görə, 2016-cı ilin 9 ayında Gürcüstana ümumilikdə 4 879 031 nəfər xarici ölkə vətəndaşı gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz çoxdur.
Ölkəyə gələnlərin 2 156 731 nəfəri turistlərdir. Bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz çoxdur. Gürcüstana gələn xarici ölkə vətəndaşları sırasında Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları çoxluq təşkil edirlər.
Məlumata görə, 2015-ci ildə isə Gürcüstana ümumilikdə 5 879 685 nəfər xarici ölkə vətəndaşı gəlib.

 

Əvvəlki məqaləKevin Carter, müəllim seyrçiliyi və Tomas Edison
Növbəti məqalədəBiznesmenlər köçür, valyuta ehtiyatı azalır