Büdcədə vergi cərimələrindən daxilolmaların həcmi müəyyənləşib

2017-ci ilin dövlət büdcəsində vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə sanksiyalarından daxilolmalar 90 mln. manat həcmində proqnozlaşdırılıb.
2017-ci ilin dövlət və icmal büdcə layihələrində, bu istiqamətdə daxilolmaların cəmi büdcə gəlirlərində xüsusi çəkisinin 0,56% təşkil etdiyi açıqlanıb.
Büdcə layihəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri 100 mln. manat nəzərdə tutulub.
Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15,955 mlrd.manat, xərcləri 16,6 mlrd. manat proqnozlaşdırılır.