Dövlət Dumasının yeni sədri bəlli olub

Daha əvvəl Prezident Administrasiyası rəhbərinın birinci müavini vəzifəsini icra edən Vyaçeslav Volodin 18 sentyabrdakı seçkilərin ardından yaradılan 7-ci dövr Dumanın yeni başçısı təyin edilib.
Kommunist Partiyanın namizədi Dmitri Novikov ilə yarışan “Vahid Rusiya” Partiyasının namizədi Volodin 404 səslə qələbə qazanıb. Novikov isə cəmi 40 səs toplaya bilib.
Qeyd edək ki, prezident Vladimir Putinin digər əmri ilə “Rosatom”un rəhbəri Sergey Kiriyenko Prezident Administrasiyası rəhbərinin birinci müavini təyin olunub.