“Euro 2020” loqosunun təqdimat mərasimi keçirilib – fotolar

“Euro 2020” loqosunun təqdimat mərasimi keçirilib.
Tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferinin rəhbərlik etdiyi nümayəndə heyəti, AFFA-nın rəhbərliyi, Euro 2020-nin Bakı şəhərində keçiriləcək oyunlarının Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, tədbirin xüsusi qonağı, dünya futbolunun tanınmış simalarından biri, Euro 1988-in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimin aparıcıları tərəfindən çıxış üçün səhnəyə ilk olaraq Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov dəvət olunub. Sonra UEFA-nın prezidenti Aleksander Çeferin çıxış edib.
Ardınca, indiyə qədər keçirilmiş Avropa çempionatlarının maraqlı məqamlarını əks etdirən qısa videoçarx nümayiş olunub. Ruud Qullitin çıxışından sonra mərasim iştirakçıları Avro-2020-nin oyunlarının ev sahibliyinə iddia irəli sürülərkən AFFA-nın sifarişi ilə hazırlanmış videoçarxı izləyiblər. Tədbirin sonunda səhnəyə dəvət olunan akrobatların maraqlı çıxışının müşayiəti ilə UEFA Euro 2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosu təqdim olunub.

uefa_euro_2020_30092016_7 uefa_euro_2020_30092016_9 uefa_euro_2020_30092016_10 uefa_euro_2020_30092016_8 uefa_euro_2020_30092016_5 uefa_euro_2020_30092016_6 uefa_euro_2020_30092016_3 uefa_euro_2020_30092016_4