Fuad Poladov istefa məsələsinə aydınlıq gətirdi

Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından istefa verməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
Xalq artisti açıqlamasında bildirib ki, teatrdakı işindən uzaqlaşıb: “Bəli, yayılan xəbərləri təsdiqləyirəm, teatrdakı işimdən getmişəm. Rəsmi müraciət etməmişəm, ərizə yoxdur. Sabah son tamaşamdır, “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında oynayacağam. Məsələnin təfərrüatı haqqında açıqlama vermək istəmirəm”.
Qeyd edək ki, Akademik Milli Dram Teatrı xalq artisti Fuad Poladovun teatrdan istefa verməsi haqqında yayılan məlumatlara başqa cür aydınlıq gətirmişdi.