Gürcüstanda seçkilərin ikinci turu başa çatıb

Gürcüstan parlamentinə keçirilən seçkilərin ikinci turu başa çatıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının verdiyi xəbərə görə, səsvermə sakit şəraitdə keçib və ciddi qanun pozuntusu qeydə alınmayıb.
İkincu turda 100 namizəd deputat mandatı uğrunda mübarizə aparıb. Səsvermənin ilkin nəticələri bir neçə saatdan sonra məlum olacaq.
Qeyd edək ki, ikinci turda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda yaradılmış 36 saylı dairədə həmyerlimiz Əhməd İmamquliyev də mübarizə aparıb.