”Jurnalist ailəsinə olunan təzyiqdən narahatdır”

Bu gün vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Fikrət Fəraməzoğlu ilə görüşüb.
Görüş barədə vəkil sosial şəbəkədə məlumat paylaşıb.
Onun sözlərinə görə, jurnalist ailəsinə qarşı Dövlət Miqrasiya Xidmətinin təzyiqindən yeni xəbər tutub və bundan narahatdır: “Bildirir ki, onu şərləyib həbs edənlər məhz ailəsinə qarşı da bu çirkin əməli edirlər. Məqsəd işgəncələri və həbsin qanunsuzluğu barədə məlumatları ört-basdır etməkdir”.
Elçin Sadıqov qeyd edib ki, Fikrət Fəraməzoğlunun işgəncəyə məruz qalması faktının araşdırılması ilə bağlı Baş Prokurorluğa müraciət edilib. Buna baxmayaraq, prokurorluq işgəncə faktları ilə bağlı araşdırmaya başlamayıb. Fikrət Fəraməzoğlu hələ dindirilməyib.