Jurnalist təhdidlə bağlı polisə müraciət edib

”Bir neçə ay əvvəl mənə Azərbaycanın ABŞ-dakı səfirliyindən zəng edildi, təhlükəsizliyimdən narahat olduqlarını, mənimlə görüşmək barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən təlimat aldıqlarını dedilər”.
ABŞ-da yaşayan və fəaliyyət göstərən jurnalist Sevinc Osmanqızı təhdid edilib.
Bu barədə jurnalistin özü məlumat verib. Jurnalist ona edilən zənglərdə həyatına təhlükə ilə bağlı xəbərdarlıq edildiyini və bununla bağlı polisi və digər hüquq-mühafizə orqanlarını məlumatlandırdığını deyib. “Mənə deyildi ki, hər şey ola bilir. Bu zənglər araşdırılır, bu arada isə qaldığım yer polis nəzarətinə götürülüb, təhlükəsizlik gücləndirilib”.
Sevinc Osmanqızı bundan əvvəl də təhdid zəngləri aldığını deyib: “Bir neçə ay əvvəl mənə Azərbaycanın ABŞ-dakı səfirliyindən zəng edildi, təhlükəsizliyimdən narahat olduqlarını, mənimlə görüşmək barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən təlimat aldıqlarını dedilər. Mən “o təlimatı mənə də göndərin” desəm də, heç nə göndərilmədi. Məsələ ABŞ Dövlət Departamenti nümayəndəsinin Azərbaycanın Vaşinqtondakı səfirliyinə xəbərdarlıq etməsinədək gedib çatdı”.
MƏNBƏMeydan Tv
Əvvəlki məqaləBeynəlxalq Sığorta Şirkəti fəaliyyətinə xitam verə bilər
Növbəti məqalədəNazirlik vergi borcuna görə 555 müəssisə rəhbərinin ölkədən çıxışına qadağa qoyub