Məhkəmə Faiq Əmirlinin həyat yoldaşının şikayətinə baxmaqdan imtina edib

Bu gün Bakı Apellyasiya məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirlinin şikayətinə baxılıb.
Məhkəmə qapalı keçirilib. Hakim şikayətə baxmaqdan imtina edib. Prosesdən sonra Lalə Əmirli bildirib ki, hakim öz qərarını müddətin keçməsi ilə əlaqələndirib. Halbuki, apellyasiya şikayəti verilərkən müddətin bərpa edilməsi ilə bağlı ərizə də təqdim edilib. Lalə Əmirli Prokurorluq orqanlarının hərəkətsizliyindən yenidən Nəsimi rayon məhkəməsinə şikayət verəcəyini bildirib. Məqsəd yerli instansiyaları keçdikdən sonra Avropa İnsan haqları məhkəməsinə müraciət etməkdir.
Xatıladaq ki, AXCP sədrinin köməkçisi və Azadlıq qəzetinin direktoru Faiq Əmirli həbs olunduqdan sonra onun həyat yoldaşının mülkiyyətində olan avtobomil Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinə aparılb bu günə kimi sahibinə qaytarılmayıb. Prokurorluq orqanlarının bu əməlindən Nəsimi Rayon məhkəməsinə verilən şikayət təmin edilməyib. Onun üçün birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilmişdi.