“Müharibə hər zaman dağıdır, müharibə ilə hər şey itirilir”

”Yeganə yol səmimi dialoqdur, əgər bu, mümkün olmasa Haaqada beynəlxalq tribunala getməyə cəsarət tapmaq, beynəlxalq məhkəməyə müraciət etməkdir”.
Vatikanın mətbuat xidməti Gürcüstan və Azərbaycana səfərdən sonra Romaya qayıdan Roma Papası Fransiskin jurnalistlərin suallarına verdiyi cavabları dərc edib.
Gürcüstana səfər baxımından pravoslav və katolik kilsələri arasında dialoq və əməkdaşlıq perspektivləri necədir?
Gürcü jurnalistin bu sualının cavabında Papa deyib ki, Gürcüstan mənəviyyatı və mədəniyyətinin səviyyəsindən heyrətə gəlib.
“Mən gürcü etiqadının köklərinin bu qədər dərin olduğunu bilmirdim”, – Papa vurğulayıb və dindarları xoş məram göstərməyə, çıxış yollarını bərabər axtarmağa çağırıb. İlahiyyatçılar isə bir- birilə ünsiyyətdə olmalı, bir-birini öyrənməlidir.
Almaniyanın ARD radiostansiyasının jurnalisti Papanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı fikirlərini soruşub, bu işdə şəxsən onun rolunun nədən ibarət ola biləcəyi ilə maraqlanıb.
Papa deyib ki, dinin rolu ondan ibarətdir ki, bu məqsədə çatmağa “yardım etsin”.
“Fikrimcə, yeganə yol səmimi dialoqdur, üz-üzə səmimi danışıqlar aparmaqdır. Əgər bu, mümkün olmasa Haaqada beynəlxalq tribunala getməyə cəsarət tapmaq, beynəlxalq məhkəməyə müraciət etməkdir. Mən başqa yol görmürəm. Buna alternativ müharibədir, müharibə isə hər zaman dağıdır, müharibə ilə hər şey itirilir”, – deyə Roma Papası qeyd edib.
MƏNBƏMeydan Tv
Əvvəlki məqaləAkif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub
Növbəti məqalədəJurnalist Aynur Elgünəş ölümlə hədələnib