“Neftçi”nin azarkeşi vuran futbolçusu üzr istəyib – video

“Neftçi”nin futbolçusu Katalin Tira “Qarabağ”la Azərbaycan Premyer Liqasının IX tur matçında azarkeşi vurduğu üçün üzr istəyib.
Rumıniyalı hücumçu sosial şəbədəki şəxsi səhifəsi vasitəsilə etdiyi hərəkətdən peşman olduğunu bildirib.
“Dünən baş verənlərdən həqiqətən də üzgünəm. Bunu komanda yoldaşımı müdafiə məqsədilə etmişdim. Bilmirdim ki, bizim azarkeşdir. Onun “Qarabağ” fanatı olduğunu düşünürdüm” yazan 22 yaşlı forvard azərbaycanca “Üzr istəyirəm” sözlərini də əlavə edib.
Qeyd edək ki, Katalin Tira “Qarabağ”la Azərbaycan Premyer Liqasının IX tur matçının uzatma dəqiqələrində meydana girən “Neftçi” azarkeşini vurub. Baş hakim Ramil Diniyev Tiraya qırmızı vərəqə göstərib. Klub rəhbərliyi isə onu məşqlərdən kənarlaşdırıb.