“Pegasus” Azərbaycana uçuşları dayandırıb

Türkiyənin İstanbul-Qəbələ və Qəbələ-İstanbul reyslərini gerçəkləşdirən “Pegasus” hava yolları şirkəti bu ilin (2016) oktyabrından başlayaraq, Azərbaycana uçuşlarını dayandırıb.
“Pegasus”un saytında bu reyslərlə bağlı uçuşlar əksini tapmayıb.
Şirkətin Azərbaycandakı satış bürosundan uçuşların dayandırılmasını AzadlıqRadiosu-na təsdiqləsələr də, səbəbini açıqlamayıblar.
“Pegasus”un xəbəri nə təsdiq, nə də inkar edən Türkiyədəki ofisinin mətbuat xidməti AzadlıqRadiosu-na yazılı acıqlamanı gözləməyi bildirib.
Azbüdcəli uçuşlarıyla tanınan “Pegasus” bu ilin martından Azərbaycana ayaq açmışdı. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi. Sərnişinlərin çoxu Bakıdan olduğundan, şirkətin Azərbaycan paytaxtındakı nümayəndəliyi ayrıca Bakı-Qəbələ və Qəbələ-Bakı avtobus marşrutu açmışdı.
“Pegasus”un gəlişi ölkədə yaxşı qarşılanmış, hava daşımaçılığında rəqabətə yol açacağı düşünülmüşdü.
MƏNBƏAzadlqRadiosu
Əvvəlki məqaləVəkil Cahangir Hacıyevə bəraət verilməsini istəyib
Növbəti məqalədə3,5 adam – Rəşad Babalı