PKK İstanbulda törədilən partlayışın məsuliyyətini üzərinə götürüb

İstanbul şəhərininin Yenibosna bölgəsində törədilmiş terror aktının məsuliyyətini PKK qruplaşmasına bağlı TAK təşkilatı üzərinə götürüb.  
6 oktyabrdaİstanbul Şəhər Polis İdarəsinin Terrorizmlə mübarizə şöbəsi Yenibosna 75-ci il Polis Mərkəzi yaxınlığında törədilən terror aktı nəticəsində 10 nəfər yaralanıb. Polis məntəqəsinə hücum partlayıcı yüklənmiş iki motosiklet vasitəsilə törədilib.
Faktla bağlı terror aktı törətməkdə şübhəli bilinən terrorçu da daxil olmaqla 6 nəfər saxlanılıb. PKK-çı saxta şəxsiyyət vəsiqəsi ilə qaçmaq istəyərkən Aksaray əyalətində tutulub.
Onların 3-ü İstanbulda, hadisəni törətmiş terrorçu PKK silahlısı və daha iki nəfər isə Aksarayda saxlanılıblar.