Putin Türkiyəyə səfər edib

Rusiya prezidenti Vladimir Putin Dünya Enerji Konqresində iştirak etmək üçün İstanbulda səfərdədir.
Putin səfər çərviçəsində Türkiyənin prezidenti Recep Tayyib Erdoğanla görüşəcək.
Prezidentlərin görüşündə Suriyadakı vəziyyət, ikitərəfli münasibətlər və enerji məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Rusiya Energetika naziri Aleksandr Novak görüşdən əvvəl  “Türk axını” layihəsində imzaların atılmasına az qaldığını bildirib.