“Rusiya və Çin dünyanın tək yeni nəsil tank istehsalçıları ola bilərlər”

Rusiyalı hərbi mütəxəssis Vasiliy Kaşin Çində qısa müddət əvvəl nəşr olunan reportajında Çin sənayesinin yeni nəsil tanklar üzərində çalışdığını təsdiq etdiyini söyləyib.
Çin mətbuatında dərc edilən yeni nəsil tank xəbərləri haqda danışan Kaşin Çinin, Rusiyadan əlavə, köhnə tip tankları istifadə edərək yeni nəsil tanklar inkişaf etdirmə qərarı alan tək ölkə olduğuna diqqət çəkərək, “Ancaq digər sənaye təmsilçilərinin sözlərinə görə Çin, hazırda istifadə edilən ‘ tip 96 ‘və’ tip 99′ tankları ilə heç bir ortaq xüsusiyyətə sahib olmayan, tamamilə yeni zirehli vasitələr üzərində çalışır”, – deyə bildirib.
Rus mütəxəssis Çinin yeni tankı ardıcıl istehsala nə zaman alacağını təxmin etmənin hələ çətin olduğunu və Rusiyanın təcrübələrindən yola çıxaraq bunun uzun zaman alacağını vurğulayıb.
Zirehli vasitələr üçün etibarlılıq və təmir baxımından əlverişliliyin xüsusi əhəmiyyət daşıdığını da qeyd edən Kaşin, “Çinli mütəxəssislər bu mövzulara həll taparsa, Rusiya və Çin, dünyadakı tək yeni nəsil tank istehsalçıları olacaq”, şəklində danışıb.
Rusiyalı mütəxəssis çıxışının sonunda ifadə edib ki, demək olar Qərbdə tank istehsalı tamamilə dayanıb:
“Türkiyə, Hindistan və digər inkişaf etmiş ölkələrin tankları isə Qərb köhnə tank modellərinin səviyyəsindədir. Yeni Rus və Çin tankları, qlobal silah bazarında əsas rəqiblər olacaq”.