Rusiya və Ermənistan hərbçiləri birgə təlimlər keçirəcəklər

Rusiya və Ermənistan Silahlı Qüvvələrinin hərbi personalı “Alagəz” poliqonunda döyüş atışları ilə müşayiət olunacaq birgə taktiki təlimlər keçirəcəklər.
Bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti tərəfindən verilib.
Məlumatda bildirilir ki, təlimlərə Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşmasının komandanı general-mayor Andranik Makaryan rəhbərlik edəcək.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin  Baş Əməliyyat və Taktiki İdarəsinin nümayəndə heyəti iyulda Ermənistana səfər edib. Səfərin baş tutmasında əsas məqsəd Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birləşmiş qoşun qruplaşması haqqında müqavilənin imzalanmasına dair yekun müzakirənin və hazırlıq işinin aparılması olub.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan iyulun 7-də general-mayor Andranik Makaryanı 4-cü korpus komandiri vəzifəsindən azad edərək Ermənistan və Rusiya Silahlı Qüvvələrinin birləşmiş qoşun qruplaşmasının komandanı təyin edib.