Santos 1 milyon dollarlıq mükafatı müharibədən əziyyət çəkənlərə bağışlayıb

Nobel Sülh Mükafatına layiq görülən Kolumbiya prezidenti Santos 1 milyon dollarlıq mükafatı vətəndaş müharibəsinin qurbanlarına xərclədiklərini açıqlayıb.
Kolumbiya prezidenti Xuan Manuel Santos Nobel Sülh Mükafatı aldığı üçün verilən təxminən 1 milyon dollar məbləğində mükafatı ölkəsində 50 ildən artıq davam edən vətəndaş müharibəsinin qurbanlarına bağışlayacağını bildirib.
Norveç Nobel Komitəsi tərəfindən bu ilki Nobel Sülh Mükafatına layiq görülən Santos, ölkənin qərbindəki Bojaya qəsəbəsini ziyarəti əsnasında jurnalistlərin suallarına cavab verərəkən, hökumət ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) arasında əldə edilən razılaşmanın referendumda rədd edilməsinə qarşı sülhün təmin edilməsi üçün səy göstərməkdən imtina etməyəcəyini söyləyib.
FARC partizanlarının 2002-ci ildə basqın təşkil etdiyi və 119 nəfəri öldürdüyü Bojaya sakinlərinə səslənən Santos, “Sizlər, 52 illik vətəndaş müharibəsinin səbəb olduğu ağrıların simvolusunuz. Bu qarşıdurmaya həll yolu tapmaqda da əhəmiyyətli bir rola sahibsiniz. Mən, nifrət və hirsin öhdəsindən gəlməyi vətəndaş müharibəsinin qurbanlarından öyrənmişəm. Ölkəmdə sülhü təmin etmək üçün daha artıq vaxt itirməyəcəm”, – deyə qeyd edib.
Santos, Nobel Sülh Mükafatı ilə veriləcək təxminən 1 milyon dollar məbləğində puldan, vətəndaş müharibəsindən ən çox təsirlənən yerlərdə infrastrukturun yenidən inşa edilməsi üçün istifadə ediləcəyini vurğulayıb.