Tələbə yataqxanasından reportaj: “Bu şəraitdə yaşamaq olar?” [Fotolar]

Məlum olduğu kimi, Azərbaycanda universitetlərin böyük hissəsi paytaxt Bakıda yerləşir. Tələbər də əsasən regionlardan gələn gənclərdən ibarət olduğu üçün, hamısının maddi imkanı kirayə ev tutub, yaşamağa imkan vermir.
Elə bu səbəbdən onların çoxu universitetlərin nəznində olan yataqxanalarda yaşayırlar. Yataqxanaların sayı az, normal şəraitlisi isə demək olar ki, yoxdur. Söhbət, Azərbaycan Tibb Universitetinin (ATU) 6 saylı tələbə yataqxanasından gedir. Bayırdan baxanda təmiz və səliqəli görünən yataqxananın içərisi heç də çölü kimi deyil.
Yataqxanada yaşayan tələbələrin saytımıza şikayəti əsasında bəhs edilən ünvana yollandıq. İçəri keçmək üçün özümüzü tələbə qismində təqdim etməyə məcbur oduq. Gah işləyib, gah da dayanan köhnə liftlə yuxarı mərtəbələrə qalxdıq.
Bir neçə otağa baş çəkib, vəziyyətlə maraqlandıq. Məlum oldu ki, otaqlardakı yataqlar bərbad durumdadır. Gələcəyin həkimləri, məcbur qalıb tikintidə istifadə edilən qırıq fanalekaları yataq əvəzi istifadə edirlər. Bu səbəbdən tez-tez bel ağrıları çəkən tələbərin sözünü dinləyən yoxdur.
“Əlsində biz burada qonağıq, tarakanlar ev sahibidir”

yataqxana

Məsələ bununla da bitmir. Otaqları həşəratlar, tarakanlar basıb. Döşəkləri qaldırıb, altına baxanda tarakanlar sağa-sola qaçmağa başladılar. Tələbələrin sözlərinə görə, bu antisanitariya şəraiti uzun zamandır ki, davam edir:
“Özümüz dərman alırıq, tökürük. Amma faydası olmur. Komendat da özünə biznes qurmaqla məşğul olur. Təmizliyə baxan yoxdur. Türkəçarə üsullarla həşəratları öldürməyə çalışırıq, amma bir yerə qədər. Bura tam təmizlənməlidir. Əslində biz burada qonağıq, tarakanlar ev sahibidir. Çünki biz gedirik, yerimizə başqaları gəlir, amma tarakanlar burada daimi qalırlar. Bu şəraitdə yaşamaq olar? İmkansızlqıdan ev tuta bilmirik. Bu səbəbdən burada qalırıq. Amma biz də insanıq, gələcəyin həkimləriyik”.
“Komendant yataqxanada özünə biznes qurub”

yataqxana

Yataqxananın komendantı Vaqif adlı şəxsdir. Hansı ki, özü üçün yataqxanada biznes qurub:
“Tələbə otağı təhvil verəndə nəsə qırılıbsa onun pulunu alır ki, təmir ediləcək. Amma təmir edilmir. Növbəti tələbə o otağa köçəndə qırıq olan əşya onun üstündə qalır. Eyni pulu ondan da alır. Məsələn, bir tələbə LCD televizoru bilmədən qırmışdı. Ondan 400 manat aldı. Amma 1 il keçdə, televizor qırıq halda qalıb, nə təmir etdirib, nə də yenisini alıb. Bizim problemimiz komendantladır”.
Yataqxanada problemlər bunlarla da bitmir. İyul ayından sentyabr ayına qədər yataqxanaya elektrik enerjisi verilməyib. Yayın ən qızmar istilərində tələbələr burada işıqsız qalmalı olublar. İndi isə isti su verilmir:
“İyulun 8-dən bəri isti suya möhtac qalmışıq. Çimə bilmirik. Tələbəyik, dərsə gedirik. İstər-istəməz tərləyən olur. Çimməliyik axı. Bəzi uşaqlar idman zallarına adlarını yazdırırlar ki, heç olmaa həm idman edərlər, həm də çimərlər. Bəziləri kirayədə qalan tələbə yoldaşlarının yanına gedir. Eləsi də var ki, çaynikdə su qızdırıb, tualetdə çimir. 21-ci əsrdə yaşadığımız vəziyyətə baxın. Yemək bişirmək üçün 2 mərtəbəyə 1 elektrik peçi işləyir. Ona da “işləyir” demək olarsa. Bizi düşünən yoxdur. Elə bilirlər ki, yataqxanada yaşayan adam deyil”.
Bir komendant 351 nəfər tələbənin yaşadığı yataqxanada özünə biznes qurub və bu qədər tələbəni narazı salıb. Tələbələrin yaşam tərzinin yaxşılaşdırılması məqsədilə inşa edilən yataqxana binasını belə bir şəxsə əmanət etmək olarmı? Universitet tələbəni düşünür, binalar inşa etdirir, amma belə şəxslər tələbələri narazı salır və əksinə, onların şəraitlərini bərbad hala salır.

yataqxana-14-of-15 yataqxana-13-of-15 yataqxana-4-of-15 yataqxana yataqxana yataqxana-9-of-15 yataqxana-10-of-15

Məhəmməd Türkmən

 

MƏNBƏMəhəmməd Türkmən
Əvvəlki məqaləArtıq adi ev antennaları ilə televizora baxa bilməyəcəksiz
Növbəti məqalədəAzərbaycan Dövlət Neft Fondu “Brexit”ə görə 300 mln. dollar zərər edib