Tibb üzrə Nobel mükafatını yapon alim qazanıb

Tibb üzrə Nobel mükafatı yapon alimə verilib. O, hüceyrələrin toksik təsirləri necə aradan qaldırması və özünü bərpa etməsini kəşf edib.
Bu mükafat Yoşinori Ohsumiyə 8 milyon İsveç kronu ($933,307) qazandırıb. Onun bu kəşfi bir çox fizioloji proseslərdə otofagositozun rolunun başa düşülməsinə gətirib çıxaracaq.