Türkiyə ilə Rusiya arasında “Türk axını” layihəsi imzalanıb – Fotolar

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ilə Rusiya Dövlət Başçısı Vladimir Putinin görüşü yerli vaxtla saat 17.10-da başlayıb və təxminən 1 saat 40 dəqiqə davam edib. Görüşün ardından “Türk axını” razılaşması imzalanıb. Razılaşmaya görə Rus qazı Türkiyəyə nəql ediləcək.
Prezident Recep Tayyip Erdoğan ilə Rusiya Dövlət Başçısı Vladimir Putinin açıqlamalarından əvvəl Türkiyə hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında “Türk axını” qaz kəmərinin tikintisinə dair saziş imzalayıblar.
Rusiya tərəfdən sənədi Rusiyanın Energetika naziri Aleksandr Novak, Türkiyə tərəfdən isə Energetika və Təbii sərvətlər naziri Berat Albayrak imzalayıb.
Razılaşma əldə edildikdən sonra Erdoğan, ikili görüşlə əlaqədar məlumat verib:
“23-cü Dünya Enerji Konqresi səbəbiylə İstanbulda iclasımızı keçiririk. Yığıncaq 2 gün daha davam edəcək. Bu gün dövlət başçıları olaraq açılış danışıqlarını da bir arada etdik. Ardından ikitərəfli görüşlərimizi reallaşdırdıq. Türkiyə Rusiya arasındakı əlaqələri danışdığımız zaman çərçivəsində cənab Putinlə dolu-dolu bir gün keçirdik. Sonunda az əvvəl imzalanan sazişlər imzalanacaq nöqtəyə gəldi”.

putin2

Prezident Erdoğan Türkiyə -Rusiya arasındakı normallaşma prosesinin sürətlə davam edəcəyinə inandığını ifadə edərək, “Ölkələr arasındakı normallaşma prosesinin sürətlə davam edəcəyinə inanıram. Bir çox sahədə əlaqələrimizi bundan sonrakı müddətdə çox yaxşı şəkildə inkişaf etdirəcəyik”, – deyə danışıb.
Erdoğan bildirib ki, görüşdə Suriya mövzusu da müzakirə edilib:
“Bölgədəki mövcud hadisələr təbii ki, çox həssas mövzulardır. Suriya mövzusunu danışma imkanımız oldu. Fırat Kalkanı əməliyyatını Putinlə müzakirə etdik. Bu mövzuda iş birliyi edə bilərik, bunların qiymətləndirməsini etdik. Hələbdə yaşayan insanlara humanitar yardım mövzusunda nə kimi strateji köməkliklər edə bilərik ki, insanlar rahatlığa qovuşsunlar; bu mövzuda qarşılıqlı olaraq vəzifələrimizi bir-birimizə anlatdıq. Daha sonra isə Türk Axını layihəsinin aramızda qiymətləndirməsini etdik. Türk axınıyla əlaqədar prosesin sürətlənməsi mövzusunda az əvvəl atılan imzayla nöqtəni qoyduq. Akkuyu nüvə enerji stansiyası ilə əlaqədar olaraq bundan sonrakı prosesin sürətlə davamında var-gücümüzlə çalışacağıq. Zaman itkisinin önümüzdəki müddətdə kompensasiya ediləcəyi inancındayam”.

putin

Rusiya Dövlət Başçısı Vladimir Putin isə Türkiyədən ixrac edilməsi qadağan edilən bəzi kənd təsərrüfatı məhsullarındakı məhdudiyyətləri aradan qaldırdıqlarını ifadə edərək, “Türk Axını təbii qaz boru xətti layihəsi ətrafında Türkiyəyə təbii qaz endirimi edilməsi mövzusunda razılaşdıq”, – deyə bildirib.
Putin daha sonra Erdoğan ilə 1 saatdan çox davam edən görüşü şərh edib:
“Konqres üçün göndərilən dəvətə görə minnətdarlığımı bildirirəm. Bu çox böyük tədbirin müvəffəqiyyətli şəkildə həyata keçirilməsindən dolayı türk dostlarımız təbrik edirəm. Biz iki ölkə üçün çox çox mövzu üzərində fikir mübadiləsi apardıq. İkili əlaqələrin normallaşması üçün daha da səy göstərəcəyimizə dair sözlər verdik”.

erdogan-putin