Türkiyədə partlayış baş verib, 1 əsgər həlak olub

Türkiyədə Hakkari-Van magistralının 30-cu kilometrində əsgərlərin axtarış həyata keçirdiyi zaman PKK tərəfindən yola yerləşdirilmiş olan partlayıcının işə düşməsi nəticəsində 1 əsgər həlak olub.
Əldə edilən ilkin məlumata görə, Hakkari-Van magistralında Yeniköprü yaxınlığında baş vermiş partlayışdan sonra bölgəyə əlavə qüvvələr cəlb edilib.
Əməliyyat-axtarış tədbirləri davam edir.