Valyuta hərracında dollar 1,6 manatdan aşağı düşüb

Azərbaycan Mərkəzi Bankının təşkil etdiyi valyuta hərracında dolların məzənnəsi 1,5986 manata düşüb, deyə AMB bildirir.
Turan-ın məlumatına görə, hərrac 1USD/1,6006AZN-dan başlayıb. Hərracda Dövlət Neft Fondu da iştirak edib.
Qeyd edək ki, oktyabrın 5-dən AMB valyuta hərraclarını yeni qaydalarla keçirir.
Belə ki, valyuta hərracı günlərində manatın məzənnəsi sonuncu sessiyada müəyyən edilən qiymətdən asılı olur. Kommersiya bankları valyutanı almaqla yanaşı, satmaq hüququna da malikdir.
Hərrac keçirilməyən günlərdə manatın məzənnəsi banklararası valyuta bazarındakı müqavilələr üzrə orta ölçülmüş qiymətlər əsasında müəyyən edilir.