Yanvarın 1-dən Gürcüstanda müəllimlərin maaşı artırılır

Gürcüstanda müəllimlərinin maaşları 2017-ci ilin yanvar ayının 1-dən artırılacaq. Bu barədə Gürcüstanın təhsil və elm naziri Alexander Jejelava açıqlama verib. 
Təhsil naziri deyib ki, 1 yanvar 2017-ci ildən müəllimlərin orta maaşı artacaq. Belə ki, müəllim-mentor – 1100 lari (472 ABŞ dolları), aparıcı müəllim – 965 lari (414 ABŞ dolları), baş müəllim – 800 lari (343 ABŞ dolları), təcrübə keçən həkimlər – 600 lari (257 ABŞ dolları) olacaq.
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili də hökümətin müəllimlərin əməkhaqlarının artıracağını təstiq edib. Baş nazir 500 müəllimin iştirak etdiyi görüşdə təhsil sahəsinin hökumət üçün prioritet məsələ olduğunu bildirib.
Georgi Kvirikaşvili deyib ki, 2016-cı ildə hökumət təhsil sahəsinin maliyyələşdirilməsi üçün xeyli miqdarda vəsait ayırıb:
Soldan: baş nazir Georgi Kvirikashvili, təhsil və elm naziri Alexander Jejelava
Soldan: baş nazir Georgi Kvirikashvili, təhsil və elm naziri Alexander Jejelava
“Yalnız 2016-cı ildə ümumi təhsil məktəblərinin maliyyələşdirilməsi üçün 348 milyon lari (təxminən 150 milyon ABŞ dolları) artılıraq, 572 milyon lari (246,5 milyon ABŞ dolları) maliyyə ayırıb. Artım 54%-dir”.
Artıq 1600 ictimai məktəb bərpa olunub, 10 yeni məktəb açılıb, 10 məktəbin təhvil verilməsi yekunlaşmaq mərhələsindədir. ABŞ hökumətin dəstəyi ilə gələn il 100 ictimai məktəbin reabilitasiya planlaşdırılması barədə məlumat verən baş nazir, təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının çox vacib olduğunu da qeyd edib.
Hökumət başçısı vurğulayıb ki, o, yaxşı bilir müəllimlər hansı çətinliklərlə üzləşirlər, çünki onun ailəsində də iki müəllim var – anası və nənəsi.
“Sizin iştirakınız olmadan təhsil sisteminin və siyasətinin yaxşılaşdırılması istiqamətində heç bir addım atılmayacaq. Bu, günün əsas məsələsidir”, — deyə baş nazir qeyd edib.