ABŞ-da aktiv neft-qaz quyularının sayı artıb

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı noyabrın 5-11-də 1 ədəd və ya 0,18% azalaraq 569 ədəd təşkil edib.
“Report” ABŞ-ın “Baker Hughes” şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 2 ədəd və yaxud 0,44% artaraq 452 ədəd, qaz quyularının sayı 2 ədəd və yaxud 1,71% azalaraq 115 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə 1 ədəd azalaraq 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 122 ədəd və yaxud 21,3%, qaz quyularının sayı isə 78 ədəd və yaxud 40,4%, ümumilikdə isə neft-qaz quyularının sayı 199 ədəd və yaxud 25,9% azalıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı bu il mayın 25-nə 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 43% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 71,9% aşağıdır.