ABŞ-da hinduların neft kəmərinin tikintisinə qarşı aksiyaları davam edir – [Fotolar]

ABŞ-ın Şimali Dakota ştatında yeni neft kəmərinin tikintisinə qarşı etirazlar polisin sərt müdaxiləsinə baxmayaraq davam edir.
Yerli hindular və ekoloqlar ölkənin ən soyuq bölgələrindən olan Şimali Dakotada  müqavimət düşərgəsi qurublar. ABŞ Müdafiə Nazirliyi isə “Düşərgəni tərk edin” çağırışı edib.
Havanın temperaturunun sıfırın altına düşməsinə baxmayaraq etirazçılar düşərgəni tərk etmək niyyətində deyillər.
Onlar iddia edirlər ki, neft kəməri hinduların dini ayinlərinə və ştatın su təchizatına təhlükə törədir.
Neft kəmərinin tikintisi isə davam edir.
ABŞ Müdafiə Nazirliyi, “özləri üçün ayrılan” bölgədə davam edən etirazların dekabrın 5-inə qədər sonlanmasını tələb edib. Deyilən tarixdən etibarən ərazidə olan hər kəsin zorla əraziyə girməklə ittiham olunacağını bildirib.
Amerika Quru Qoşunları Mühəndisləri Birliyindən komandir John W. Henderson yerlilərə yazdığı məktubda “5 dekabr tarixindən etibarən birliyimiz tərəfindən idarə edilən Cannonball River’in şimalındakı ştat torpaqlarını xalqın istifadəsi və giriş-çıxışı üçün bağlayacam” – deyə qeyd edib.
Yerlilər ve ekoloqlar isə cavab olaraq düşərgəni tərk etməyəcəklərini bildiriblər.
Qeyd edək ki, Şimali Dakotada 3.8 milyard dollara başa gələcək neft kəmərinin tikintisinə qarşı etirazlar artıq bir neçə aydır davam edir. Oktyabr ayında keçirilən aksiya zamanı 140-dan çox etirazçı həbs edilmişdi.

hindu2 hindu3 hindu4 hindu5 hindu6 hindu7 hindu8

 

Əvvəlki məqalə“Turan” İA “Azərsu”nun cərimələnməsini istəyir
Növbəti məqalədəTarif Şurası işığın və qazın qiymətlərini qaldırdı