ABŞ seçkiləri 2016: Trump-ın “gizli” Facebook ordusu

Noyabrın 8-i ABŞ-da baş tutmuş prezident seçkilərində qalib gələn Donald Trump-ın qələbəsi bir çoxları tərəfindən təəccüblə qarşılanıb.
Səsvermədən öncəki hesablamalar və mütəxəssis rəyləri də daha çox əksini göstərirdi.
Trump-a səs verən bir çox seçicilərin Facebook-da gizləndiyi aydın olub.
Minlərlə Trump-a dəstək səhifələrinin əksəriyyəti bu sosial şəbəkədə “məskunlaşıb”. Buraya açıq və qapalı qruplar daxildir.
Əksəriyyətinin bir neçə yüz üzvü var. Bir çoxunun isə hətta minlərlə. American Patriots for Donald J. Trump (Donald J. Trump naminə Amerikalı Patriotlar) kimi bir neçə qrupun isə bir neçə yüz min izləyicisi var.
_92437541_1trump _92437543_2trump
“Trump haqqında yaxşı söhbət etmək üçün həqiqətən də başqa yer yoxdur,” Fort Lauderdale, Floridada yaşayan və Americans for Trump (Amerikalılar Trump naminə) Facebook səhifəsinin yaradıcısı Ann Iuen deyib.
“Adamlar ailə və dostlarının yanında Trump-a olan dəstəyini göstərməkdən çəkinirlər,” o söyləyib. “İnsanlar arasında bizə qarşı müəyyən qərəz mövcuddur.”
Trump tərəfdarlarının hamısı bundan şikayət edirlər. Onlar siyasətçilər, mətbuat və hətta qonşuları tərəfdən sıxışdırılır və fikirlərini rahat ifadə edə bilmirlər.
Iuen-in Facebook qrupunun 56000-dən çox üzvü var. O, söhbətlərin sivil qaydada getməsinə nəzarət etdiyini, təhqir və təhdidə yol verənləri səhifədən çıxardığını söyləyib.
"Əlbəttə, baş verən liberal terrorizmi dayandırandan sonra"
“Əlbəttə, baş verən liberal terrorizmi dayandırandan sonra”
"Donald Trump deyir ki, o, dərhal üç milyona qədər qanunsuz miqrantı deportasiya edəcək. PAYLAŞIN!!"
“Donald Trump deyir ki, o, dərhal üç milyona qədər qanunsuz miqrantı deportasiya edəcək. PAYLAŞIN!!”
Bir çox qruplarda Trump tərəfdarları Hillary Clinton-a qarşı istehza və qəzəb dolu xəbərlər paylaşırlar. Bəzi üzvlər isə Trump ilə bağlı doğru xəbərlərlə yanaşı, saxta məqalələri də qrupa yerləşdirirlər.
Ən çox yayılan saxta xəbərlərə Roma Papası Francis-in Respublikaçı namizədi dəstəkləməsi, Hillary Clinton-un FBI agentini sifarişlə öldürtdürməsi və Barack Obama-nın Kenyada doğulduğunu “etiraf etməsi” daxildir.
Seçki kampaniyası ərzində bu növ saxta xəbərlər son dərəcə sürətlə yayılırdı. Facebook təsisçisi Mark Zuckerberg-i buna qarşı daha az tədbir aldığına görə qınayanlar da olub.
O isə cavab olaraq saxta xəbərlərin dərhal silinəcəyi sözünü verib və eyni zamanda bu cür xəbərlərin nəticəyə təsirini təkzib edib.
Harvard Universitetinin Nieman Journalism Lab-ın (Nieman Jurnalistika Laboratoriyası) direktoru Joshua Benton bir neçə saxta xəbərin Facebook-da bir neçə yüz min dəfə paylaşıldığını bildirib.
Bu, Trump və Clinton haqqında olan qanuni araşdırma xəbərlərindən dəfələrlə çoxdur.
“[Zuckerberg] deyib ki, Facebook-dakı məlumatlar 1%-dən belə azdır,” Benton bildirib. “Facebook-un çox böyük şəbəkə olduğunu nəzər alsaq, 1% belə çoxdur.”
_92443973_fan _92443975_army
Pew Research-ə əsasən bu il 60%-dən çox ABŞ vətəndaşı seçkilərlə bağlı xəbərləri sosial mediadan alıblar. 2012-ci ildə isə bu rəqəm 49% təşkil edib.
CBS kanalına bazar günü verdiyi ilk əsas müsahibəsində Trump, Clinton-un seçki kampaniyası üçün əsas ştatlarda böyük məbləğ xərclənməsinə baxmayaraq, qələbə qazanmasında sosial şəbəkə hesablarının böyük rolu olduğunu bildirib.
“Düşünürəm ki, sosial medianın gücü onların xərclədiyi pullardan daha çoxdur və mənə elə gəlir ki, müəyyən mənada mən bunu sübut etməyi bacardım,” o deyib.
Lakin sosial medianın xəbər mənbəyi kimi inkişafı fundamental bir problemin yaranmasına səbəb olub.
İstifadəçilərin bəyəndiyi xəbərləri çatdıran alqoritmlər onların siyasi görüşlərinin düzgün məcrada inkişaf etməsinə mane olur. Belə ki, istifadəçilər yalnız siyasi baxışlarına uyğun xəbərlərə köklənirlər.
Nəticədə onlar, vaxtlarının çox hissəsini “filtr köpükləri” (filter bubbles) adlanan virtual məkanda keçirirlər.
“Sosial şəbəkələr, xüsusilə də Facebook şəxsi münasibətlərimizdə böyük rol oynayır,” Benton deyib. “Bu, sizin dostlarınız və tanışlarınızdan ibarətdir və əksər hallarda dostlarınız ilə eyni siyasi görüşləri paylaşırsınız.”
“Beləliklə, biz, dayanmadan Facebook-da fikrimizin doğru olduğunu təsdiq edən daha çox məzmun görürük,” o söyləyib.
“Bu isə qəzetlərdə görməyə alışdığımız xəbərlərdən fərqlidir. O zaman biz, ən azı formal obyektiv fikirlər görürdük. İndiki halda isə bizi konservativ və ya liberal kimi məmnun edən məqalələrlə yetinirik.”
Seçicilərin internet üzərindən səs verə biləcəyini göstərən saxta elan
Seçicilərin internet üzərindən səs verə biləcəyini göstərən saxta elan
Sosial medianın təhlükəli olduğu ilə bağlı arqumentlər davam edəcək. Seçki arxada qalsa belə, getdikcə Trump Facebook qrupları daha da artır.
Ann Iuen-in qrupuna 8 noyabr seçkisinin nəticəsindən sonra, 10000-dən artıq üzv qoşulub. Trump-ın qələbəsindən sonra, daha yeni qruplar yaradılıb.
“Biz adamlar, Respublikaçı və Demokratların vəziyyəti öz xeyirlərinə dəyişməsindən yorulmuşuq,” Donald J. Trump President of the United States (Donald J. Trump Birləşmiş Ştatların Prezidenti) Facebook səhifəsinin məlumat hissəsində deyilir.

_92438971_t10