Ağsu xəstəxanasında 3 gündən sonra elektrik enerjisi bərpa olunub

Bazar ertəsi Ağsu rayon xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa edilib. Bu barədə Turan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Mənbənin məlumatına görə, xəstəxana yeni daha geniş binaya köçüb ki, buranın elektirk məsrəfi çoxdur. Elektrik enerjisinin  kəsilməsi də bu səbəbdən olub.
Lakin Səhiyyə Nazirliyində “elektrik enerjisi olmayan xəstəxanada xəstələri necə müalicə etmək olar” sualına açıqlama verməyiblər.
Qeyd edək ki, Ağsu rayon xəstəxanasında 3 gün əvvəl “Azərişıq”a borc olduğunda elektrik enerjisi kəsilib.