Almaniyada məscidə hücum edilib

Almaniyada məscidlərə hücumlar davam edir.
Son hücum Şimali Almaniyanın Hamburg şəhəri yaxınlığındakı Stade qəsəbəsində yaşanıb.
Stade qəsəbəsində Dini İşlər Türk İslam Birliyinə (DİTİB) bağlı Ulu Məscidə dünən gecə naməlum şəxslər tərəfindən hücum edilib.
Yerli saatla gecə yarısı 03.00 radələrində həata keçirilən çirkin hücum zamanı məscidin şüşələri qırılıb, divarlarına boyalar atılıb və intiqam şüarları yazılıb.
Bützfleth səmtində olan məscidə edilən hücum polisi də hərəkətləndirib. Hadisə yerinə gedən təhlükəsizlik qüvvələri hücumla əlaqədar araşdırma edərək, ipucu axtarıb.