AP qərarının ardından İngiltərə Türkiyəyə dəstək verib

Avropa Parlamenti (AP), Türkiyənin AB ilə üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulmasını nəzərdə tutan mətni qəbul etməsinin ardından Londondan verilən açıqlamada, İngiltərənin Türkiyədə islahatları təşviq etmə, sabitliyin təmin edilməsi və təhlükəsizlik kimi ortaq problemləri həll etmə öhdəliklərini davam etdirdiyi ifadə edilib.
İngiltərə Xarici işlər nazirliyi rəsmiləri Türkiyə mətbuatının suallarına cavab verərkən, “İngiltərə, lazımlı şərtləri qarşılayan, Avropa Birliyinə qoşulma prosesinə bağlı olan ölkələri dəstəkləməyə davam edəcək. Namizəd ölkələr, tam üzvlük şərtlərini qarşıladıqları zaman, Avropa Birliyi üzvləriylə birlikdə qərar verəcək”, – deyə bildiriblər.
Açıqlamada, Türkiyənin tam üzvlük şərtlərini təmin etməsinin uzun çəkməyəcəyi qeyd edilib.
Xatırladaq ki, Avropa Parlamentində bu gün keçrilən səsvermədə, Türkiyə ilə müzakirələrin müvəqqəti olaraq dondurulmasını əhatə edən qərar 37-yə qarşı 479 səslə qəbul edilib. Qərarın məcburi qüvvəsi olmasa da, AB liderlərinə “tövsiyyə” xarakteri daşıyır.