AŞPA baş katibi İlqar Məmmədovun buraxılmaması ilə bağlı Ali Məhkəmənin qərarını pisləyib

AŞPA-nın baş katibi Thorbjørn Jagland İlqar Məmmədovun işi lə bağlı Azərbaycan Ali Məhkəməsinin qərarı ilə əlaqədar bəyanatla çıxış edib.
“Bu gün Azərbaycan Ali Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrasının  hüquqi öhdəliyini  təmin etməyib. Bu qərar  Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasına qarşı hörmətsizliyidir və bizim əməkdaşlığa kobud şəkildə xələl gətirir.
Bu iş AŞ üzvü olan 47 dövləti əhatə edir. Onlar Konvensiyanın icrasına kollektiv məsuliyyət daşıyırlar. Odur ki, məsələ Avropa Şurası Nazirlər Komitəsinin növbəti iclasına çıxarılacaq”, – bəyanatda deyilir.