Avropa Parlamentində prezident seçkisinin tarixi məlum olub

Avropa Parlamenti prezidenti vəzifəsinə yeni seçki 2017-ci il yanvarın 17-də keçiriləcək.
““RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Avropa İttifaqı Parlamentindən bildirilib.
Məlumata görə, Avroparlamentin hazırkı prezidenti Martin Şults noyabrın 24-də istefa verəcəyini və Almaniyada parlament seçiklərinə qatılacağını bildirmişdi. Onun Almaniya Sosial-Demokrat Partiyasının seçki siyahısında birinci olacağı vurğulanıb.
Xəbərdə bildirilib ki, cari ilin dekabrında Avropa Parlamentinin prezidentliyinə namizədlərin irəli sürülməsi başa çatacaq. Hazırda prezidentliyə 10 potensial namizədin adı hallanır.