Avropalı liderlərdən Rusiyaya qarşı sanksiyalara dəstək mesajı

ABŞ prezidenti Barack Obama, prezident kimi təşkil etdiyi son Avropa səfərində liderlərlə Rusiyaya qarşı sanksiyalar və İŞİD ilə mübarizə haqqında danışıqlar aparıb.
ABŞ prezidenti Barack Obama, Avropaya təşkil etdiyi son səfərini yekunlaşdırıb. Obama, Almaniya, Fransa, İtaliya, İspaniya və İngiltərə ilə İŞİD-lə mübarizə və Rusiyaya qarşı sanksiyalar ətrafında söhbətlər aparıb.
Obamanın ünsiyyətdə olduğu Avropalı liderlər Rusiyaya istiqamətli sanksiyaların davam etməsi fikrini yeniləyib. Qeyd edək ki, Minsk atəşkəsi şərtlərinə uyğun gəlmədiyi müddətcə Rusiyanın bu cür sanksiyalarla üz-üzə qalacağı bildirilir.