AXCP fəalı saxlanılıb

AXCP Yasamal şöbəsinin üzvü Emil İsgəndərli polis tərəfindən saxlanılıb.
Bu barədə abzas.net-ə AXCP Yasamal rayon təşkilatından məlumat verilib. Məlumata görə,  bir neçə gün əvvəl polislər Emil İsgəndərlinin qeydiyyatda olduğu ünvana gələrək evdə yaşayan ailə üzvlərini təhdid və təhqir ediblər. Bu gün səhər saatlarında isə polislər Emil İsgəndərlini evindən naməlum istiqamətə aparıblar. AXCP fəalının harada saxlanıldığı barədə heç bir məlumat verilməyib.