”Azərbaycanda əksər valideynlər tərbiyə növü kimi zorakılıqdan istifadə edir”

“Azərbaycanda zorakılıqdan istifadə edən valideynlərin sayı çoxdur”.
Bu sözləri BMT-nin “Uş­aq hüquqları haqqında­” Konvensiyanın qəbul­ edilməsinin ildönümü­ münasibətilə keçiril­ən tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Faiq Ağayev deyib.
F.Ağayev bildirib ki, bu halların qarşısını almaq lazımdır: “Bunun üçün maarifləndirmə işləri aparılır və aparılmalıdır. Uşaq döyülmədən də dərslərini edə, öz vəzifələrini yerinə yetirə bilər”.
Şöbə müdiri qeyd edib ki, günümüzdə uşaqlar kompüter vasitəsilə həyat üçün lazımlı məlumat almaq əvəzinə zərərli məlumatlar alırlar: “Bu da onların zorakılığa və intihara meyilli olmasına gətirib çıxardır”.