Azərbaycanlı zəvvarların avtobusu terrordan bu hala düşüb [Fotolar]

Ötən gün İraqın Samirra şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan zəvvarlarının avtobusu da xəsarət alıb.
Bu barədə İslamazeri saytı məlumt verib. Avtobusda olan zəvvarlardan biri bildirib ki, hadisə onların Samirrada ziyarətgahda olan zaman baş verib:
“Partlayış səsi eşidildi. Məlum oldu ki, hadisə zəvvar avtobuslarının olduğu dayanacaqda olub. Azərbaycanlı sürücülər xəsarət almayıb, amma avtobusun birinin şüşələri sınıb. Digər avtobuslardan (Azərbaycandan olmayan, əksəri İran avtobusları) partlayanlar da var. Deyilənə görə, 70-80 nəfər şəhid olub. Bizim zəvvar şirkətinin nümayəndəsinin biri yüngül yaralanıb”.

Zəvvarlar terror azərbaycanlı Zəvvarlar terror azərbaycanlı Zəvvarlar terror azərbaycanlı