“Azərsun Holdinq” səhmlərini satışa çıxarır

Mailyyə Bazarlarına Nəzarət Palatası “Azərsun Holdinq”in Şəkər İstehsalat Birliyinin (İmişli Şəkər Zavodu) səhmlərinin kütləvi satışı (İPO) təşəbbüsünü şərh etməkdən imtina edib.
Palatanın sədri Rüfət Aslanlı, “Azərsun Holdinq” İPO məqsədilə Palata ilə danışıqlar aparır?” sualına, “Mən konkret olaraq hər hansı bir şirkətin İPO üzrə müraciətini şərh etmək istəmirəm” cavabını verib.
Rüfət Aslanlı sözlərinə belə davam edib: “Biz İPO-ları görmək istəyirik. Kapital bazarının üstünlüyü budur ki, sərmayələr daha ucuz cəlb edilir. Maraqlıyıq ki, şirkətlər kapital bazarları üçün yartdığımız infrastrukturdan istifadə edərək, istiqrazlar ilə bərabər, səhm buraxılışı yolu ilə də sərmayə cəlb etsinlər. İnanırıq ki, yaxın gələcəkdə səhm İPO-larının şahidi olacağıq”.
Qeyd edək ki, “Azersun Holding” Azərbaycan Şəkər İstehsalat Birliyinin səhmlərinin 30-40%-ni İPO-ya çıxarmağı planlaşdırır. Holdinq İPO-nu həm London Fond Birjası, həm də Bakı Fond Birjasında həyata keçirməyi nəzərdə tutur.