Bəzi siqaret markalarının qiyməti bahalaşıb

Bu gündən etibarən ölkə ərazisində bəzi tütün məlumatlarının qiymətində artım müşahidə olunub.
Bakının əksər dükanlarında qiymət artımı baş verib.
Bahalaşma qeydə alınan dükanlarda deyiblər ki, bu alış qiyməti ilə bağlıdır. Təchizatçılar qiyməti qaldırıb.

Qeyd edək ki, artım “Winchester” və “Viceroy” siqaret brendlərində olub. Həmin markaların ümumilikdə 8-dən artıq çeşidi bahalaşıb.

Bahalaşma 10 qəpik məbləğindədir.
Dükan sahibləri, satıcılar digər tütün məmulatlarının qiymətində artımın olub-olmayacağı ilə bağlı bilgisiz olduqlarını deyiblər.