Belarus Azərbaycanda mağazalar şəbəkəsini genişləndirmək istəyir

Belarus baş naziri Vladimir Semaşko Azərbaycana səfəri çərçivəsində Bakıda Nərimanov prospektində Belarus malları mağazasında (Dövlətstatkoma yaxın) olub.
Onun sözlərinə görə, Belarus mallarının Azərbaycana birbaşa tədarükü saxta və keyfiyyətsiz malların qarşısını alır. “Gəncə, Naxçıvan, perspektivdə başqa yaşayış məntəqələrində şəbəkənin genişləndirilməsi məsələsinə baxılır”, – deyə o qeyd edib.
Xatırladaq ki, aprelin18-də açılan mağazada ət, süd, və başqa məhsullar nümayiş etdirilir.