Beynəlxalq Bank bankomat problemini aradan qaldırıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC son günlər bir çox bankomatlarında vəsaitin olmaması ilə bağlı problemi həll edib. 
Bankın mətbuat xidmətindən verilən məlumata görə, noyabr ayının ilk günlərində bəzi bankomatlarda vəsait çatışmazlığı əmək haqlarının ödənişi ilə əlaqədar nağdlaşdırma əməliyyatlarının kütləviləşməsi ilə bağlı olub.
“Artıq bu gündən problem tam həllini tapıb. Bankın bütün bankomatları inkassasiya edilib. Müştərilər nağdlaşdırma əməliyyatlarını indi Azərbaycan Beynəlxalq Bankının istənilən bankomatında maneəsiz həyata keçirə bilərlər”, – deyə ABB-nin rəsmi məlumatında qeyd olunub.