Cavid Qurbanov: “Dəmir yollarında da qiymətlər qalxacaq”

Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, millət vəkili Cavid Qurbanov dəmir yollarında da qiymətlərin qalxacağı ilə bağlı açıqlama verib. 
Report-un məlumatına görə, qurum rəhbəri qeyd edib ki, QSC hər ay işığa görə 1 milyon 300 min manat pul ödəyir.
O, vurğulayıb ki, elektrik enerjisinin qiyməti qalxıbsa, dəmir yollarında da qiymət artımı olacaq.