Çovdarov vəkillərindən imtina ilə bağlı ərizəsini geri götürüb

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovvə digər 3 nəfərin işi üzrə məhkəmə iclası davam etdirilib.
Məhkəməyə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik edir. Prosesdə Akif Çovdarov keçən məhkəmə vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovdan imtina etməsi barədə təqdim etdiyi ərizəsini geri götürdüyünü bildirib.
O, bu barədə məhkəməyə müraciət edib. A.Çovdarov onun müdafiəsinə yeni qoşulan Şahin Rəfiyevin də müdafiəçi kimi məhkəmədə iştirak etməsini istəyib.
Hazırda proses davam edir.